Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Iyul 2020 11:02
“Karyeramı "Olimpiya"da bitirmək niyyətindəyəm. Futbolda ailə də vacibdir, mən həmişə milyonçu yox, övladlarımı böyütmək üçün lazımi mənbələrə sahib olmaq istədiyimi söyləmişəm".
Qol.az xəbər verir ki, bu sözləri "Sabah"ın sabiq futbolçusu Rocer Roxas "Futbolcentroamerica" nəşrinə açıqlamasında deyib.
Hazırda Kolumbiyanın "Deportes Tolima" klubunda çıxış edən honduraslı hücumçu karyerası barədə danışarkən Azərbaycandakı çıxışını da xatırlayıb:
"Olimpiya"da hər şey qazandım. Amma ölkəmdən kənarda çempion ola bilmədim. Kosta Rikada çempion ola bilmədim. Səudiyyə Ərəbistanında və Azərbaycanda da bu xoşbəxtliyi görmədim. Amma ən böyük arzum "Deportes Tolima" ilə çempion olmaqdır".
Qeyd edək ki, Roxas “Sabah”a ötən ilin avqustunda keçmişdi. 29 yaşlı futbolçu paytaxt klubunda 13 oyunda 2 qol vurub. O, ötən ilin dekabrında “Deportes Tolimo” klubuna keçib.