Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ronaldu ikinci, Messi beşinci - Pele hələ də liderdir

Ronaldu ikinci, Messi beşinci - Pele hələ də liderdir

Tarix: 22 Iyul 2020 13:02

"Yuventus"un hücumçusu Kriştianu Ronaldu karyerasındakı rəsmi qol sayını 734-ə çatdırıb.

Milli.Az apasport.az-a istinadla bildirir ki, İtaliya A seriyasının XXXIV turunda "Latsio" ilə qarşılaşmada dubl edən portuqaliyalı superulduz bununla bütün dövrlərin ən məhsuldar ikinci futbolçusu ünvanına şərik olub.

Onunla yanaşı, braziliyalı Romarionun da aktivində 734 qol var. Rəsmi matçlarda ən çox qol vuran isə futbol kralı Peledir. Əfsanəvi braziliyalı 767 dəfə fərqlənib. "Barselona"nın kapitanı Lionel Messi 716 topla siyahıda 5-ci pillədə qərarlaşır.

Qeyd edək ki, Kriştianu Ronaldu cari mövsüm A seriyasında keçirdiyi 30 oyunda 30 qol vurub.

Milli.Az


Etiketlər:  Ronaldu ikinci Messi beşinci Pele hələ liderdir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ