Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kələm turşusunun sağlamlığa 3 İNANILMAZ faydası

Kələm turşusunun sağlamlığa 3 İNANILMAZ faydası

Tarix: 22 Iyul 2020 23:51

Kələm turşusu ən faydalı qida məhsullarından biri sayılır. Mütəxəssislər bu sadə və eyni zamanda unikal məhsulun müalicəvi xüsusiyyətlərini çox yüksək qiymətləndirir.

Milli.Az saglamolun.az-a istinadən kələm turşusunun 3 inanılmaz faydası haqqında məlumat təqdim edir.

1. Təbii immunomodyulator

Kələm turşusu immun sistemi üçün ən faydalı məhsullardan biridir. İmmun sisteminin vəziyyəti bağırsaq mikroflorasının vəziyyəti ilə sıx bağlıdır. Mikroflora pozulduqda (bu zaman ziyanlı bakteriyalar çoxalır, faydalı bakteriyalar isə azalır) immun sistemi zəifləyir.

Kələm təbii prebiotik və probiotikdir. Prebiotiklər bağırsaqlarda xeyirli mikroorqanizmlərin çoxalmasına kömək edir. Probiotiklər isə, sadə dildə desək, faydalı mikrofloranın özüdür. Beləliklə, kələm turşusu bağırsaqların mikroflorasını bərpa etmək və saxlamaq üçün əvəzsiz məhsuldur.

2. Xərçəng əleyhinə təsir

Kələmin tərkibində olan indol-3-karbinol maddəsi güclü xərçəng əleyhinə təsirə malikdir. Sübut olunub ki, bu maddə süd vəzi və bağırsaq xərçənginin riskini azaldır, hüceyrələrdə bərpa proseslərini sürətləndirir. Xərçəng xəstəliyinə tutulmuş və bu xəstəlikdən sağalan insanlar da kələm turşusunu qidalanmasına əlavə etməlidir.   

3. Qəbizlik və babasilə qarşı

Kələm turşusu bağırsaqların vəziyətinə və fəaliyyətinə çox müsbət təsir edir, qəbizlikdən azad edir, babasilin inkişafını ləngidir.

Diqqət! Mədəaltı vəz, bəzi mədə və bağırsaq xəstəlikləri zamanı kələm turşusunun istehlakı ziyan vura bilər.  

Mütəxəssislər qeyd edir ki, həqiqətən faydalı kələm turşusunu hazırlamaq istəyirsinizsə şəkərdən istifadə etməyin. Bu məhsulun faydasını azaldır.

Milli.Az


Etiketlər:  Kələm turşusunun sağlamlığa İNANILMAZ faydası


RƏYLƏR