Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Vergi ödəyiciləri avqustun 11-dək hesabatları təqdim etməlidir - Xəbərdarlıq

Vergi ödəyiciləri avqustun 11-dək hesabatları təqdim etməlidir - Xəbərdarlıq

Tarix: 23 Iyul 2020 13:16

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti vergi ödəyicilərinə müraciət edib.

Qurumdan Sonxeber.net-a verilən məlumata görə, Azərbaycan Respublikasının "Sosial sığorta haqqında" Qanununa edilmiş dəyişikliklərlə bağlı hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan fiziki şəxslərin "Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi"ndə müvafiq düzəlişlər aparılıb və artıq iyulun 21-dən etibarən hesabatların təqdim edilməsi mümkündür.

Dövlət Vergi Xidməti bildirir ki, vergi ödəyiciləri cari ilin 11 avqust tarixinədək müvafiq hesabatları vergi orqanlarına təqdim etməlidirlər.


Etiketlər:  Vergi ödəyiciləri avqustun dək hesabatları təqdim etməlidir Xəbərdarlıq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ