Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

AZTV Prezident İlham Əliyevə təşəkkür edib

AZTV Prezident İlham Əliyevə təşəkkür edib

Tarix: 23 Iyul 2020 14:58

"Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti Prezident İlham Əliyevə təşəkkür mətni göndərib.

Sonxeber.net bildirir ki, mətndə deyilir:

"Hörmətli cənab Prezident!

İlk növbədə Sizi təməli 145 il əvvəl "Əkinçi" qəzetinin fəaliyyətə başlaması ilə qoyulan 22 iyul - Milli Mətbuat Günü münasibətilə təbrik edir, milli mətbuatımızın ən böyük hamisi kimi Sizə Azərbaycan dövlətinin inkişafı və qüdrətlənməsindəki xidmətlərinizdə uğurlar arzulayırıq!

Milli mətbuatın yubileylərinin ölkədə geniş qeyd olunması, KİV-lərə birdəfəlik yardımların ayrılması, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri, həmçinin, milli mətbuatın inkişafındakı xidmətlərinə görə jurnalistlərin fəxri ad, orden, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü, diplom və mükafatlarla təltif edilməsi haqqında tərəfinizdən imzalanan Sərəncamları bu gün bütün media mənsubları mətbuata və mətbuat işçilərinə yüksək diqqət və qayğının tərkib hissəsi olaraq qiymətləndirirlər. 

22 iyul 2020-ci il tarixində KİV əməkdaşlarına fərdi təqaüdün, fəxri adların verilməsi və təltif olunmaları haqqında Sərəncamlarınızda "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin də nümayəndələri yer alırdı. Bu, kollektivin hər bir üzvünə əlavə ruh verir, dövlətçiliyimiz uğrunda fəaliyyətimizi peşəkar səviyyədə qurmağımıza yeni imkanlar yaradır. Sizi əmin edirik ki, ölkəmizin qüdrətlənməsi, dünyada layiqli yerini tutması, işğalçı Ermənistanla həm də informasiya müstəvisində mübarizədə qələbənin əldə edilməsi sahəsində Sizin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın gördüyü işlərə hər zaman dəstək verəcək, xalqımızın rifahı naminə əzmlə səy göstərəcək və vətəndaşlıq borcumuzu bundan sonra da yerinə yetirməyə çalışacağıq.

Cənab Prezident! Əmin ola bilərsiniz ki, biz öz fəaliyyətimizdə bundan sonra da Sizin milli mətbuatın 145 illik yubileyinin keçirilməsi ilə bağlı Sərəncamınızda qeyd olunduğu kimi, 

- kütləvi informasiya vasitələrinin ölkəmizdə həyata keçirilən köklü islahatlarda yaxından iştirak etmək;

- qlobal informasiya mühitinin müəyyənləşdirdiyi fəaliyyət prinsiplərinə uyğunlaşmaq;

- cəmiyyətin obyektiv və peşəkar şəkildə məlumatlandırılması sahəsində səylərini daha da gücləndirmək prinsiplərini nəzərə alacaq, işimizi medianın inkişafını şərtləndirən əsas amillər olaraq modernləşmə, rasionallıq, kreativlik, obyektivlik, qabaqcıl texnologiyaların geniş tətbiqi, aparıcı trendlərin izlənilməsi əsasında quracağıq. 

Sizə Azərbaycanımızın çiçəklənməsi və dünya tarixinə yeni səhifələr yazması yolunda uğurlar arzulayır və hər zaman yanınızda olduğumuzu bəyan edirik. Tanrı Sizi qorusun! Tanrı Azərbaycanımızı qorusun!"


Etiketlər:  AZTV Prezident İlham Əliyevə təşəkkür edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ