Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Heç kim mənə heç nə deməyib və mən heç nə gözləmirəm''

''Heç kim mənə heç nə deməyib və mən heç nə gözləmirəm''

Tarix: 23 Iyul 2020 16:48

Milan-ın futbolçusu Zlatan İbrahimoviç dubl etdiyi A seriyasının Sassuolo ilə oyunu (2:1) və klubdakı gələcəyi haqda danışıb.

Sonxeber.net goal.az-a istinadən xəbər verir ki, o, İtaliya mətbuatına açıqlamasında deyib:

"Yaxşı futbol nümayiş etdirən bir komanda ilə çətin matçda qalib gəldik. Bu oyunda uğur qazandıq, amma mövsüm hələ bitməyib. Hədəfimizə doğru irəliləyirik. Beşinci yeri tutmaq istəyirik.

Hələ üç matçımız var və klubla müqaviləm 10 gündən sonra bitir. Heç kim mənə heç nə deməyib və mən heç nə gözləmirəm. Pioli haqqında heç nə bilmirdim, hər gün yeni bir şey öyrənirəm".

Qeyd edək ki, qış transfer pəncərəsində Milan-a qayıdan 38 yaşlı hücumçu 17 matçda 8 qol vurub, 4 qolun ötürməsini verib.


Etiketlər:  Heç mənə heç deməyib mən heç gözləmirəm


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ