Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Barselona" Dembeleni satır

Tarix: 20 Iyun 2019 13:08

"Barselona" futbolçusu Usman Dembeleni satmağa qərar verib.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, klub rəhbərliyi fransalı oyunçunun özü və agentinə bu barədə bildirib. Kataloniya təmsilçisinin 2017-ci ildə 120 milyon avroya Dortmund "Borussiya"sından aldığı oyunçu ümidləri  doğrultmadığı üçün bu addım atılıb. Xəbərdə 22 yaşlı hücumçunun İngiltərə Premyer Liqa klublarından birinə keçə biləcəyi vurğulanıb.

Qeyd edək ki, "Barsa" ilə 2022-ci ilin iyununa kimi müqaviləsi olan Dembele ötən mövsüm 42 matçda 14 qol vurub, 9 qolun ötürməsini verib.

 


Etiketlər:  Barselona Dembeleni satır


RƏYLƏR