Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Altı dəfə məhkum olunmuş şəxsdən tapança götürüldü

Altı dəfə məhkum olunmuş şəxsdən tapança götürüldü

Tarix: 23 Iyul 2020 19:30

Bakı. Trend:

Daxili işlər orqanlarının əməkdaşları əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkarlanması istiqamətində daha bir əməliyyat tədbiri həyata keçiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Sumqayıt şəhər sakini, əvvəllər 6 dəfə məhkum olunmuş R.Əliyevdən nömrəsi silinmiş “Makarov” markalı tapança, bir patron darağı və altı patron götürülüb.

Faktla əlaqədar cinayət işi başlanılıb.


Etiketlər:  Altı dəfə məhkum olunmuş şəxsdən tapança götürüldü


RƏYLƏR