Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nokia TA-1258 bu tarixdə təqdim ediləcək

Nokia TA-1258 bu tarixdə təqdim ediləcək

Tarix: 23 Iyul 2020 21:56

Nokia yeni Nokia TA-1258 modelinin təqdimat tarixini açıqlayıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, yeni modelin bu ilin sonunadək istifadəyə veriləcəyi gözlənilir.

Nokia TA-1258 1.440 x 720 pikselli, 5,99 düym ekrana sahib olacaq. Modelin üst və alt qismində qalın çərçivələrdən istifadə ediləcək. 1,6 GHz sürətli səkkiz nüvəli əməliyyat sistemi ilə çalışan model 3GB RAM-a sahibdir. Depolama keyfiyyəti isə 32 GB və 64 GB-dır. Yeni Nokia modeli microSD kartları da dəstəkləyir. Model Android 10 əməliyyat sistemi ilə çalışacaq.

Telefonda  8 megapiksel arxa, 5 megapiksel ön kamera yerləşdirilib. Batareya tutumu isə 3.040 mAh.-dır. Yeni Nokia modelinin qiymət baxımından digərlərindən çox sərfəli olacağı bildirilir.

Milli.Az


Etiketlər:  Nokia 1258 tarixdə təqdim ediləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ