Tarix: 24 Iyul 2020 14:36
"Beşiktaş"ın futbolçusu Burak Yılmaz komandadan ayrılıb.Qol.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 35 yaşlı hücumçu bugünkü məşqdən sonra baş məşqçi Sərgən Yalçın və komanda yoldaşları ilə vidalaşıb.
Türkiyə millisinin üzvü karyerasını Fransada davam etdirə bilər. Onu, "Lill" transfer etməyi planlaşdırır.
Qeyd edək ki, B. Yılmaz ötən ildən "Beşiktaş"da çıxış edirdi.