Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirusun ikinci dalğasına qarşı silahlar: Peyvənd necə təsir edir və təhlükəsizdirmi?

Koronavirusun ikinci dalğasına qarşı silahlar: Peyvənd necə təsir edir və təhlükəsizdirmi?

Tarix: 24 Iyul 2020 21:51

Koronavirus infeksiyasına qarşı bir sıra peyvəndin sınaqları artıq başa çatıb. Bütün könüllülərdə immunitet inkişaf etdirilib. Rəsmi açıqlamalara inansaq, Rusiya peyvəndi demək olar ki, ictimaiyyətə təqdim olunmağa hazırdır. Bütün könüllülər peyvənddən sonra özünü yaxşı hiss edib və koronavirus infeksiyasına qarşı antikorlar qazanıb.

Bəs bu peyvəndləri vurdurmağa dəyərmi? Onların təhlükəsizliyi hansı səviyyədədir?

Sonxeber.net bu sualların cavabları ilə tanış edir.

İmmunitet infeksiyaya qarşı necə mübarizə aparır?

Vaksinasiya ilə qarşısı alınan xəstəliklərin təhlükəli, hətta ölümcül ola biləcəyi məlumdur. Peyvəndlər yoluxma riskini əhəmiyyətli dərəcədə azaldır. Çünki burada xəstəliklərə qarşı immuniteti inkişaf etdirmək üçün bədənin müdafiə reaksiyası istifadə olunur. Yəni bədən dərmanlarla müalicə olunmur, "təxribatçı" olaraq bədənimizə vaksin vurulur ki, bu da vücudun özbaşına daxili dərman hazırlamasına və əbədi immunitet qazanmağa təsir edir.

Bakteriya və ya virus bədənimizə daxil olaraq çoxalır, bizə hücum edir. Bu hücum infeksiya adlanır, infeksiya isə xəstəliyə səbəb olur. İmmun sistemi infeksiya ilə mübarizədə bir neçə vasitədən istifadə edir. Başlıcası qan və limfa ilə ötürülən leykositlərdir. Leykositlər bir neçə növdür. Buna görə bədənimiz bir neçə mərhələdə xəstəliklə mübarizə aparır.

Bədən ilk dəfə infeksiyaya səbəb olan bakteriya və ya virusla qarşılaşdıqda mübarizə aparması bir neçə gün davam edir. Həmin müddət ərzində bədən infeksiyaya qarşı vasitələr hazırlayır. Virus və ya bakteriya öldükdən sonra immun sistemi vücudu müəyyən xəstəlikdən qorumaq üçün istifadə etdiyi bütün vasitələri "xatırlayacaq".

Bədən "yaddaş hüceyrələri" adlanan bir sıra T-limfositlərini saxlayır, hər dəfə bu bakteriya və ya virusla qarşılaşdığı zaman sürətlə aktivləşir.

Peyvəndlər necə təsir edir?

Vaksinasiya bir növ "saxta" xəstəlik vasitəsilə immunitetin inkişafına kömək edir. Yəni, bədən infeksiyaya qarşı mübarizə vasitələri hazırlamaq üçün süni şəkildə təhrik olunur. Vaksin xəstələndiyimiz zaman həmin xəstəliklə həqiqətən mübarizə aparmağa kömək edəcək və mübarizə prosesini sadələşdirəcək.

Bəzən peyvənddən sonra "saxta infeksiya" yüngül xəstəlik simptomlarına (məsələn, hərarət) səbəb ola bilər. Bu mülayim simptomlar məşhur fenomendir və bədənin mübarizə vasitələrini inkişaf etdirmə prosesi ilə məşğul olduğu bir zamanda yaranması gözlənilən reaksiyadır. Bu gün ümumiyyətlə insanlara verilən 5 əsas peyvənd var.

Koronavirusa qarşı peyvənd hazırlamaq üçün hansı prinsipin istifadə edildiyi hələ də gizli saxlanılır. Lakin Qamaleya İnstitutunun direktoru Aleksandr Qinsburqun sözlərinə görə, COVID-19-a qarşı peyvəndlər o cümlədən uşaqlarda da sınaqdan keçiriləcək. Bu da vaksinlərin tamamilə təhlükəsiz, eyni zamanda effektiv olduğunu göstərir. (publika.az)


Etiketlər:  Koronavirusun ikinci dalğasına qarşı silahlar Peyvənd necə təsir edir təhlükəsizdirmi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ