Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əli Əhmədov: Dağlıq Qarabağ problemi olmasaydı, Azərbaycan daha sürətlə inkişaf edər, insanlar daha firavan yaşayardı

Əli Əhmədov: Dağlıq Qarabağ problemi olmasaydı, Azərbaycan daha sürətlə inkişaf edər, insanlar daha firavan yaşayardı

Tarix: 20 Iyun 2019 16:16

Bakı. Elçin Mehdiyev - Trend:

Bəşəriyyət inkişaf etdikcə, təəssüflər olsun ki, biz dünyada qaçqın və məcburi köçkünlərin sayının artmasını görürük.

Trend-in məlumatına görə, bunu Baş mazirin müavini Əli Əhmədov Ümumdünya qaçqınlar gününə həsr edilmiş tədbirdə deyib.

Ə.Əhmədov bildirib ki, əlbəttə bu bizim hər birimizi düşündürməli olan problemdir. Baş nazirin müavini vurğulayıb ki, bu gün dünyada demokratik dəyərlər haqqında 100 il bundan əvvəlkindən çox danışılır, ancaq dünyada qaçqınların sayı artmaqdadır. O bildirib ki , dünyanın malik olduğu sərvətlər bütün insanların firavan yaşaması üçün yetərlidir, lakin dünyada baş verən ədalətsizliklər buna imkan vermir.

Ə.Əhmədov vurğulayıb ki, gərək dünya səylərini birləşdirib qaçqın və məcburi köçkün artımının qarşısını alsın.

Onun sözlərinə görə, Azərbaycan qaçqın və məcburi köçkün problemindən ən çox əziyyət çəkən ölkələrdən biridir.

Baş nazirin müavini deyib ki, ATƏT-in Minsk qrupu 30 ilə yaxındır münaqişənin həllinə çalışır. O qeyd edib ki, Minsk qrupu bu müddət ərzində bir sıra işlər görsə də, bunun məcburi köçkünlərin həyatına heç bir təsiri olmayıb:

“Ermənilərin törətdiyi separatçı əməllərinə görə bir milyondan artıq Azəybaycan vətəndaşı 30 ilə yaxındır ki, qaçqın və məcburi köçkün vəziyyətində yaşamağa məcburdur. Azərbaycan hökuməti malik olduğu vəsaitlərin əhəmiyyəti bir hissəsini məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına yönəltmək məcburiyyətindədir”.

Ə.Əhmədov qeyd edib ki, əgər bu problem olmasaydı, Azərbaycan daha sürətlə inkişaf edərdi, insanlar daha firavan yaşayardı.

O, bildirib ki, dünya bu məsələyə ədalətlə yanaşmalı, münaqişələrin həlli üçün səylərini birləşdirməlidir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Əli Əhmədov Dağlıq Qarabağ problemi olmasaydı Azərbaycan daha sürətlə inkişaf edər insanlar daha firavan yaşayardı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ