Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Iyul 2020 19:36
Xəbər verdiyimiz kimi, Rusiyanın Vladimir vilayətinin qubernatoru Vladimir Sipyagin "VKontakte" səhifəsində canlı yayımında sensasion açıqlama verib.
Sipyaginin sözlərinə görə, Vladimir vilayətində xəstəxanalardan birində işləyən həkim 2 ay ərzində koronavirus infeksiyasına ikinci dəfə yoluxub.
İndiyə kimi koronavirusun təkrar yoluxması haqqında məlumatlar qeydə alınmayıb. Bir neçə dəfə belə məlumatlar yayılsa da yoxlandıqdan sonra məlum olurdu ki, bunun səbəbi keyfiyyətsiz testlərdir.
Sonxeber.net saglamolun.com-a istinadən bildirir ki, Sipyaginin çıxışından bir neçə saat sonra vilayət administrasiyasının press-xidməti məlumatı təkzib edib.
Press-xidməti bildirib ki, adi etik səbəblərə görə açıqlanmayan həkim birinci dəfə pnevmoniya keçirib. Bu zaman onda koronavirus testi mənfi idi. 2-ci dəfə isə həkim həqiqətən koronavirus infeksiyasına yoluxdu və bu da testlə təsdiq olunmuşdur.