Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Artıq çəkidən azad olmağın unikal yolu

Artıq çəkidən azad olmağın unikal yolu

Tarix: 25 Iyul 2020 21:27

Saqqız çeynəmək arıqlamağı asanlaşdırmaqla yanaşı, ağız boşluğunun gigiyenasını da yaxşılaşdırır.

Mk.ru bu barədə Rusiya Səhiyyə Nazirliyinin ştatdankənar baş dietoloqu Antonina Stapodubovanın açıqlamasına istinadla xəbər yayır.

Onun sözlərinə görə, bəzi insanlarda müntəzəm saqqız çeynəməklə iştaha azalır. Eyni zamanda, çeynəmə zamanı kalori itirilir və təkrarlanan hərəkətlər emosional vəziyyəti sabitləşdirməyə kömək edə bilir.

Bundan başqa, saqqız tüpürcəyi stimullaşdırır, tüpürcək qida zibilini "yuyur" və ağız boşluğunda bakteriyaların çoxalmasını dayandırır. Bütün bunlar diş çürüməsinin qarşısını alır və nəfəsi təravətləndirir.

Bununla yanaşı, çox tez-tez və uzun müddət saqqız çeynəmək zərərli ola bilər. Bu, artikulyasiyanın pozulmasına, kariyesin inkişafına, plombların, vinir və implantların zədələnməsinə səbəb ola bilər.

Dietoloq 10-20 dəqiqə və gün ərzində ümumilikdə yarım saatdan çox olmamaq şərtilə şəkərsiz saqqız çeynəməyi tövsiyə edir.


Etiketlər:  Artıq çəkidən azad olmağın unikal yolu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ