Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Iyul 2020 12:05
Aparıcı Lalə Əlimuxtarova Dövlət Yol Polisindən şikayət edib.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, o, avtomobilini hər gün yaşadığı binanın qarşısında saxladığını, amma polislərin gəlib cərimə yazdığını bildirib:
"Həsənbəy Zərdabı küçəsindəyəm, avtomobilimi binanın sahiblərinin icazəsi ilə qarşısında saxlayıram. Hər gün polislər gəlib çəkib, cərimə yazırlar. Yeni tikilən binadır, dayanacağı yoxdur. Deyiblər, icazə almışıq saxlayın. Burada "saxlama" işarəsi yoxdur. Özü də son 1 həftədir edirlər. Niyə insanları incidirlər? Hər gün 20 manat cərimə yazıblar.
Səhərin açılmasına imkan vermirlər. Yenə gəlib maşını çəkib və cərimə ediblər. Burada saxlanılan avtomobillər heç bir yoldan keçənə mane olmur".