Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Iyul 2020 16:06
Bakı. Trend:
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsində səhvə yol vermiş və elektron ərizəsini təsdiq etmiş namizədlərin müraciətləri nəzərə alınaraq elektron ərizələrində dəyişiklik etmək imkanı yaradılacaq.
Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, Elektron ərizəsinə məlumatları daxil edərkən səhvə yol vermiş namizədlər məlumatları aşağıdakı şəkildə İnsan resursları mərkəzinin rəsmi facebook səhifəsinin mesaj bölməsinə göndərməlidirlər:
1. Ad, soyad, ata adı
2. Şəxsiyyəti təsdiq edən sənədin surəti
3. Fin kod
4. Əlaqə nömrəsi
5. Yol verilən səhvin qısa məzmunu
Müraciət üçün son tarix: 28 iyul saat 23:59.