Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Iyul 2020 16:28
Kosmonavtların istismar və ya təmir üçün kosmik gəmidən kənara çıxması tapşırığına kosmik yürüş deyilir.
İngiliscə "Spacewalk" adlanan kosmik yürüşlər kosmonavtların müxtəlif tapşırıqları yerinə yetirmək üçün kosmik gəmidən çıxmasıdır.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, ilk kosmik yürüş rusiyalı Aleksey Leonov tərəfindən 18 mart 1965-ci ildə həyata keçirilib və 10 dəqiqədən bir az uzun çəkib.
Kosmik gəzintiyə çıxan ilk amerikalı kosmonavt Ed Uayt isə 3 iyun 1965-ci ildə kosmik gəzintiyə çıxıb və təxminən 23 dəqiqə kosmosda qalıb.
Kosmos gəzintisində dünya rekordu rusiyalı kosmonavt Anatoli Solovyevə aiddir. 16 kosmik yürüş həyata keçirən və kosmosda 82 saatdan çox vaxt keçirən Solovyev ömrünün 3,5 gününü kosmosda keçirib.
Kosmonavtlar kosmos gəzintisi zamanı nə edirlər?
Elmi tədqiqat, kosmik gəminin baxımı və təmiri kimi bir çox fəaliyyətə görə, kosmik yürüş həyata keçirilir. Astronavtlar kosmik aparatların və ya hazırda fəaliyyət göstərən Beynəlxalq Kosmik Stansiyasının kənarına çıxaraq texniki baxış və təmir işləri aparırlar.
Məsələn, NASA 2017-ci ildə Beynəlxalq Kosmik Stansiyasında enerji kanallarında batareyaları dəyişdirmək üçün bir missiyaya başlamışdı. Bu günə qədər davam edən bu missiyada astronavtlar çox vaxt kosmik yürüşə çıxırlar və köhnə nikel-hidrogen batareyalarını daha güclü litium-ion batareyaları ilə əvəz edirlər.
Kosmik yürüş nə dərəcədə təhlükəsizdir?
Kosmosda kosmonavtlara zərər verə biləcək bir çox amil var. Buna görə mümkün zərərlərdən qorunmaq üçün qoruyucu geyimlər geyirlər.
Lazımi oksigen dəstəyi bu geyimlərlə təmin edilir. Bu şəkildə kosmonavtların orqanizmində yarana biləcək hansısa problemin qarşısı alınır.
Kosmik gəzintiyə çıxan astronavtlar bir ucu stansiyaya digər ucu özlərinə bağlanmış təhlükəsizlik iplərindən istifadə edirlər. Bu şəkildə kosmonavtlar kosmosa doğru itələnməkdən xilas olurlar.
Kosmonavtlar kosmosda necə hərəkət edirlər?
Yürüşə çıxan kosmonavtların arxasında Simpilfield Aid for EVA Rescue (SAFER) yardım dəsti olan bir çanta var. Burada olan kiçik mühərrikli itələyicilər astronavtların istədikləri istiqamətdə hərəkət etmələrinə imkan verir. Bundan əlavə, astronavtların birləşdirici ipdəki qırılma səbəbindən kosmosda üzməsinin bu SAFER dəsti vasitəsi ilə qarşısı alınır və astronavtların istiqaməti stansiyaya istiqamətləndirilir.