Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

""Milli şura" bu günlərdə ermənilərə xidmət etdiyini bir daha açıq-aydın göstərdi"

Tarix: 26 Iyul 2020 18:42

"Milli şura" ətrafında birləşən 5-10 nəfər antimilli ünsür bu günlərdəki əməlləri ilə bir daha erməni lobbisinə, erməni xüsusi xidmət orqanlarına xidmət etdiklərini açıq-aşkar ortaya qoydular.

Milli.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Cavid Osmanov deyib.

C.Osmanov bildirib ki, 12 iyul tarixindən separatçı, faşizm siyasəti yürüdən Ermənistanın hərbi-siyasi rəhbərliyi tərəfindən Azərbaycana qarşı növbəti təxribatlardan sonra bütün dünya azərbaycanlıları birmənalı olaraq dünyanın ayrı-ayrı ölkələrində və şəhərlərində Azərbaycanın Ali Baş Komandanına və Ordusuna dəstək və erməni təxribatına etiraz məqsədilə yürüşlər, dinc aksiyalar keçirirlər:

"Eyni zamanda soydaşlarımız ölkəmizin səfirlikləri və diplomatik nümayəndəlikləri qarşısında yığışaraq həmrəylik nümayiş etdirirlər. Amma çox təəssüf ki, birbaşa Ermənistana, erməni diasporuna xidmət edən antimilli ünsürlər, xüsusən "milli şura" ətrafında yığışan Əli Kərimli, Cəmil Həsənli, Vidadi İskəndərli, Sevinc Osmanqızı, Qənimət Zahid və bunlar kimi 5-10 nəfər antimilli ünsürlər Azərbaycana qarşı Ermənistan hansı təxribatı törədirsə bunlar da eyni təxribatı törədirlər, eyni vaxtda, eyni mərkəzdən idarə olunaraq ermənilərlə birgə hərəkət edirlər.

Bunlar erməni vəhşiliyini, vandalizmini məhz ermənilərin dediyi kimi azərbaycanlıların, soydaşlarımızın üzərinə yıxmağa cəhd etməklə bir daha öz iç üzlərini ortaya qoydular. Mən həmişə demişəm ki, "milli şura" ətrafında yığışan 5-10 nəfər anti-milli ünsürlər Ermənistanın səfirliyi funksiyasını həyata keçirirlər və bu quruma rəhbərlik edən adamlar özlərini birbaşa Ermənistanın səfiri kimi aparırlar.

Bu günlərdə bu antimilli ünsürlərin açıq-aşkar sosial şəbəkə, internet kanalları üzərindən birbaşa soydaşlarımızı xuliqan adlandıraraq guya ki, məhz Los Anceldə, Belçikada baş verən hadisələrdə birbaşa azərbaycanlılar günahkardılar demələri birbaşa ermənilərə xidmət edir və Ermənistandan, erməni disaporasından alınan sifarişlər əsasında ölkəmizə qarşı xəyanətdir.

Bu antimilli ünsürlərin heç utanmadan, çəkinmədən canlı yayıma çıxaraq birbaşa Azərbaycan xalqını xuliqan adlandırmaları və bu baş verən təxribatlarda erməniləri yazıq bir xalq kimi qələmə vermələri Ermənistanın faşizm siyasətinin, məkirli siyasətinin tərkib hissəsidir".

Deputat bildirib ki, bu anti-milli ünsürlər işğalçı Ermənistana birbaşa dəstək funksiyasını həyata keçirdirlər:

"Bunlar utanmadan, çəkinmədən xalqımıza qarşı şər-böhtan, təhqir kampaniyası aparır. Bu günlərdə bütün dünya azərbaycanlıları birləşərək, həmrəylik nümayiş etdirərək, Azərbaycan Prezidentinin, dövlətinin apardığı siyasətə dəstək olaraq Dağlıq Qarabağa azadlıq naminə böyük iradə, birlik nümayiş etdirirlər. Ancaq bu antimilli ünsürlər bizim iradəmizi qırmağa çalışırlar. Ancaq onlar heç zaman buna nail ola bilməyəcəklər, çünki onların bu günlərdə törətdikləri təxribatlar, erməni vandalizmini, erməni radikalizmini, erməni vəhşiliyini birbaşa Azərbaycan xalqının, soydaşlarımızın üzərinə yıxmaları onların iç üzünü açaraq hansı siyasətə, kimə və nəyə görə xidmət etdiklərini bütün Azərbaycan xalqına açıq-aydın nümayiş etdirdi.

Bu insanlar cəmiyyətimiz tərəfindən təcrid olunub. Bu insanların əməllərinə artıq hüquqi qiymət verilməlidir, çünki bunlar Ermənistanın xüsusi kəşfiyyatına, Ermənistanın cinayətkar rəhbəliyinə, Ermənistanın terrorist təşkilatı ASALA-ya xidmət etdiklərini açıq aşkar nümayiş etdirdilər".

Milli.Az


Etiketlər:  Milli şura bu günlərdə ermənilərə xidmət etdiyini bir daha açıq aydın göstərdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ