Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Futbol üzrə İtaliya çempionu "Yuventus" oldu

Futbol üzrə İtaliya çempionu

Tarix: 27 Iyul 2020 03:00

Bakı. Trend:

"Yuventus" futbol üzrə İtaliya çempionatının qalibi olub.

Trend-in məlumatına görə, turinli klub bu titulu "Sampdoriya" komandasını 2:0 hesabı ilə məğlub edərək birinciliyin sonuna iki tur qalmış qazana bilib. Oyunda qolları Kriştianu Ronaldu və Federiko Bernardeski vurublar.

"Yuventus" 36 turda 83 xal toplayıb və 76 xal toplayan "İnteri" geridə qoyub. Komanda ardıcıl olaraq doqquzuncu, tarixdə isə 36-cı dəfə İtaliya çempionu adını qazanır.

Xatırladaq ki, klubu çempionluğa mövsüm öncəsi komandaya rəhbərlik edən məşqçi Maurisio Sarri gətirib.


Etiketlər:  Futbol üzrə İtaliya çempionu Yuventus oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ