Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Futbol üzrə İtaliya çempionu ''Yuventus'' oldu

Futbol üzrə İtaliya çempionu ''Yuventus'' oldu

Tarix: 27 Iyul 2020 07:48

"Yuventus" futbol üzrə İtaliya çempionatının qalibi olub.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, turinli klub bu titulu "Sampdoriya" komandasını 2:0 hesabı ilə məğlub edərək birinciliyin sonuna iki tur qalmış qazana bilib. Oyunda qolları Kriştianu Ronaldu və Federiko Bernardeski vurublar.

"Yuventus" 36 turda 83 xal toplayıb və 76 xal toplayan "İnteri" geridə qoyub. Komanda ardıcıl olaraq doqquzuncu, tarixdə isə 36-cı dəfə İtaliya çempionu adını qazanır.

Xatırladaq ki, klubu çempionluğa mövsüm öncəsi komandaya rəhbərlik edən məşqçi Maurisio Sarri gətirib.


Etiketlər:  Futbol üzrə İtaliya çempionu Yuventus oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ