Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Iyul 2020 10:26
Bakı. Samir Əli - Trend:
Türkiyə Respublikasından ölkəmizə koronavirus (COVID -19) infeksiyasının qarşısının alınması məqsədi ilə gələn rezident və həkim mütəxəssislər üçün Səyyar ASAN xidmət həyata keçirilib.
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan “Yeni klinika”nın müraciəti əsasında 3 rezident həkimə səyyar formada şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi xidməti göstərilib.
1, 4 və 5 saylı Bakı “ASAN xidmət” mərkəzində isə 18 rezident və 10 həkim mütəxəssis üçün İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin Asan imza sertifikatlarının və VÖEN-nin alınması xidmətləri həyata keçirilib.
Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.