Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirus xəstələrində qoxubilmə hissi niyə itir? - AÇIQLAMA

Koronavirus xəstələrində qoxubilmə hissi niyə itir? - AÇIQLAMA

Tarix: 27 Iyul 2020 21:00

ABŞ-dakı Harvard Tibb Məktəbinin alimləri koronavirusa yoluxanlarda qoxubilmə hissinin itməsi probleminin səbəblərini araşdırıblar.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, elm adamlarının fikrincə, COVID-19 xəstələrində qoxubilmənin itməsinə səbəb virusun birbaşa neyronları zədələməsi deyil. Zədələnən sadəcə həmin neyronları dəstəkləyən hüceyrələrdir.

Bu səbəbdən, alimlərin gəldikləri qənaətə görə, bir çox hallarda SARS-CoV-2 qoxubilmədə iştirak edən sinir zəncirlərinə toxunmur və dayanıqlı anosmiyaya gətirib çıxarmır.

Qeyd edək ki, qoxubilmənin itməsi koronavirusun birbaşa simptomu hesab olunur və diaqnostikada yüksək temperaturdan da etibarlı əlamət kimi qiymətləndirilir.


Etiketlər:  Koronavirus xəstələrində qoxubilmə hissi niyə itir AÇIQLAMA


RƏYLƏR