Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Iyul 2020 22:30
Rusiyanın paytaxtının Nikulinsk məhkəməsi Moskvanın müxtəlif yerlərində kütləvi münaqişələrdə iştiraka görə 4 erməninin həbsi barədə qərar verib.
Trend-in məlumatına görə, bu barədə "TASS"a məhkəmənin mətbuat xidmətindən bildiriblər.
Məlumatda deyilir: "Nikulinsk məhkəməsi beş nəfər üçün həbs qətimkan tədbiri seçib. Bunlar Nikoyan Artak, Apreyan Arsen, Apreyan Armen, Nikoyan Seyran, Petrosyan Argişt adlı şəxslərdir. Onların hamısı Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 213 maddəsinin 2-ci hissəsi üzrə ittiham olunurlar".
Bundan əlavə, Nikulinsk məhkəməsində hazırda Narek Petrosyan və Razmik Saakyanın həbsi ilə bağlı işə baxılır.