Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“MediaTek” şirkəti “6G” rabitəsi sahəsində tədqiqatlara başlayıb

“MediaTek” şirkəti “6G” rabitəsi sahəsində tədqiqatlara başlayıb

Tarix: 28 Iyul 2020 08:44

Mobil qurğular üçün aparıcı prosessor tərtibatçılarından olan "MediaTek" şirkəti altıncı nəsil mobil rabitə texnologiyası (6G) üzərində işə başlayıb.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, hazırda "MediaTek" beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) dəstəkləyən smartfonlar üçün çipləri aktiv inkişaf etdirir. Proqnozlara görə, bu il şirkətin satış həcmi 80 milyon "5G" prosessor təşkil edəcək. Bu gözləntilərin özünü doğruldacağı təqdirdə "MediaTek" bu sinifli dünya mobil çiplər bazarında 40 faiz paya sahib çıxacaq.

"6G" şəbəkəsinə gəldikdə, onun 2030-cu ildə kommersiyalaşdırılmasına başlanacağı gözlənilir. Şəbəkədə məlumat ötürmə sürəti nəzəri baxımdan 1 Tbit/saniyə təşkil edəcək. Belə yüksək buraxılış qabiliyyəti ən yeni virtual və əlavə reallıq platformalarının, avtopilot vasitələri əsasında təkmilləşdirilmiş nəqliyyat sistemlərinin, qabaqcıl imkanlara malik robotlaşdırılmış komplekslərin və s. yaradılması üçün yollar açacaq.

Qeyd olunur ki, "MediaTek" şirkəti "6G" dəstəkli smartfonlar üçün çiplər bazarının ən böyük oyunçularından olmaq niyyətindədir. Bu sahədə tədqiqat və işləmələrin Finlandiyanın "Nokia" şirkəti ilə birlikdə aparılması nəzərdə tutulur.

Milli.Az


Etiketlər:  MediaTek şirkəti rabitəsi sahəsində tədqiqatlara başlayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ