Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Iyul 2020 11:09
"LG" şirkəti bu ilin yazında orijinal dizaynda hazırlanmış "Velvet" adlı smartfonunu təqdim edib, bir neçə ay sonra isə həmin qurğunun "yüngül" versiyasını təqdim edib.
"ICTnews" Elektron Xəbər Xidməti "4pda.ru" saytına istinadən yazır ki, smartfon "Full HD " təsvir ölçülü və tərəflər nisbəti 20:9 olan 6,8 düymlük OLED displey, həmçinin 48, 8 və 5 mp-lik sensorlara malik üçqat əsas kamera və 16 mp-lik ön kamera ilə təchiz edilib. Aparat əvvəlki versiyadan fərqli olaraq "Snapdragon 845" prosessoru və 6 QB əməli yaddaşa malikdir. Modelə quraşdırılmış daxili daşıyıcının tutumu 128 QB-dır.
"Quick Charge 3.0" sürətli enerjidoldurma texnologiyası və gücü 9 vattadək olan simsiz stansiyaları dəstəkləyən 4300 milliamper/saat tutumlu akkumulyator qurğunun avtonom işləməsini təmin edir. Aparat "4G" modem, həmçinin "Wi-Fi", "Bluetooth 5", "GPS" və "NFC" modullarını dəstəkləyir. Bundan başqa, "LG Velvet 4G" stilus dəstəyinə, displeyə quraşdırılmış barmaq izləri sensoruna və "IP68" standartına uyğun olaraq su və toza qarşı dayanıqlığa malikdir.
Cihazın 499 avro məbləğində "yüngül" versiyası artıq Avropada satışa çıxarılıb. Müqayisə üçün, smartfonun "5G" modifikasiyasının dəyəri 650 avro təşkil edir.
Emil Hüseynov