Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Qarabağ"dan ayrılan futbolçu Yunanıstanda oynaya bilər

Tarix: 29 Iyul 2020 18:16

2019/2020 mövsümünü icarə əsasında "Qarabağ"da keçirən Ailton Silva karyerasını Yunanıstanda davam etdirə bilər.

Qol.az Yunanıstan mətbuatına istinadən xəbər verir ki, "Aris" braziliyalı müdafiəçi ilə maraqlanır.

Superliqa klubu yolları ayırdığı Mihay Korhutun əvəzləyicisi kimi A.Silvanı hesab edir.

Qeyd edək ki, müqavilə ilə "Ştutqart"a məxsus  25 yaşlı futbolçu ötən mövsüm "Qarabağ"ın heyətində 28 oyunda meydana çıxıb.

 


Etiketlər:  Qarabağdan ayrılan futbolçu Yunanıstanda oynaya bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ