Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Iyun 2019 11:26
Bakı. Samir Əli - Trend:
Bakı Ağır Cinayətlər Məhkəməsinə qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Zaur Rzayevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Trend-in məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib və iş üzrə məhkəmənin baxış iclası iyunun 28-ə təyin edilib.
İttihama görə, paytaxtın Binəqədi rayonu Rəsulzadə qəsəbəsində yerləşən "Stil" gözəllik salonunda Nərimanov rayonu, Atatürk prospektində yaşayan, 1978-ci il təvəllüdlü Rzayeva Aynur Osman qızı keçmiş həyat yoldaşı, 1974-cü il təvəllüdlü Rzayev Zaur Ağahüseyn oğlu tərəfindən bıçaqlanıb. O, çoxsaylı bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Binəqədi Rayon Prokurorluğunda başlanan cinayət işi üzrə Z. Rzayevə Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə ittiham verilib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin