Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Huawei C5 10 2020” planşeti “2К” formatlı ekranla təchiz olunub

“Huawei C5 10 2020” planşeti “2К” formatlı ekranla təchiz olunub

Tarix: 30 Iyul 2020 07:32

"Vmall" platformasında satışlarına yaxın vaxtlarda başlanılacaq "Huawei C5 10 2020" planşet kompüterinin xüsusiyyətləri barədə məlumat dərc edilib.

Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, yeni qurğu 2000 × 1200 piksel təsvir ölçülü "2K" formatlı 10,4 düym diaqonallı ekranla təchiz edilib. Planşet ilk növbədə albom və portret şəklində istifadə üçün nəzərdə tutulub. Ön kameranın korpusun uzun tərəfinin mərkəzində quraşdırılması məhz bununla izah olunur. Bu modulun təsvir ölçüsü 8 milyon piksel təşkil edir.

Məlumata görə, qurğu "Kirin 810" prosessoru üzərində qurulub. Çipə 2,27 QHs takt tezlikli iki "ARM Cortex-A76" nüvəsi və 1,88 QHs takt tezlikli altı "ARM Cortex-A55" nüvəsi daxildir. Qrafikanın emalı "ARM Mali-G52 MP6 GPU" sürətləndiricisi tərəfindən həyata keçirilir.

"Huawei C5 10 2020" 4 giqabaytlıq operativ yaddaş, 64/128 giqabaytlıq quraşdırılmış yaddaş, "Wi-Fi" (2,4/5 QHS) və "Bluetooth 5.1" simsiz rabitə adapterləri, eləcə də 8 meqapikselli arxa kamera ilə təchiz olunub. Enerjini "USB Type-C" simmetrik çıxışı vasitəsilə doldurulan 7250 milliamper/saat tutumlu akkumulyator batareyası təmin edir.

"4G/LTE" mobil rabitə şəbəkəsini dəstəkləyən və dəstəkləməyən olmaqla iki versiyada təklif ediləcək "Huawei C5 10 2020" planşetinin qiyməti 330-385 dollar təşkil edəcək.


Etiketlər:  Huawei 2020 planşeti formatlı ekranla təchiz olunub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ