Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Iyul 2020 08:44
Abşeron rayonu, Masazır qəsəbəsində sürücü ehtiyatsızlığı bir nəfərin xəsarət almasına səbəb olub.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, hadisə Duz gölünün yaxınlığında baş verib.
Sərnişin - 1988-ci il təvəllüdlü Əhmədova Aytən Habil qızı dayanacaqda 535 nömrəli marşrut avtobusundan enmək istəyərkən sürücü qəfil nəqliyyat vasitəsini idarə etməyə başlayıb. Həmin vaxt A.Əhmədova yerə yıxılaraq xəsarət alıb. O, döş qəfəsinin sınığı və ağır kəllə-beyin travması diaqnozu ilə 3 nömrəli şəhər xəstəxanasına yerləşdirilib.
Faktı Abşeron Rayon Polis İdarəsi araşdırır.