Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Iyul 2020 13:24
Bakı. Eldar Canaşvili - Trend:
Azərbaycan Mərkəzi Bankının hazırladığı ani ödəniş sistemi bu ilin sonunadək tam istifadəyə veriləcək.
Trend-in məlumatına görə, bunu Mərkəzi Bankın departament rəhbəri Kəmalə Qurbanova mətbuat konfransında deyib.
Onun sözlərinə görə, gələn ay Mərkəzi Bank bu sistemi pilot layihə üzrə seçilmiş banklarla ictimaiyyətə təqdim edəcək:
“Ani ödəniş sistemi ölkədəki ödəniş sistemlərindən fərqli olacaq, iki tərəf arasında 7/24/365 rejimində əməliyyat aparmağa imkan verəcək”