Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Iyul 2020 15:10
Sərnişindaşıma infrastrukturunun təkmilləşdirilməsi işləri davam etdirilir.
Bakı Nəqliyyat Agentliyindən Sonxeber.net-a verilən məlumata görə, bu çərçivədə bu ilin 6 ayında 78 ünvanda avtobus dayanacaq məntəqəsi təşkil edilib. 51 ünvanda isə dayanacaq pavilyonu quraşdırılıb ki, bunlardan da 36-sı yeni müasir tipli pavilyondur. İşlərin böyük bir qismi şəhər mərkəzindən kənarda görülüb. Bununla yanaşı Suraxanı, Sabunçu, Xəzər və Qaradağ rayonlarının ərazisində 14 ünvanda yeni dayanacaq məntəqəsinin inşası üçün zəruri işlər görülüb.
Qeyd olunan işlər daxil olan vətəndaş müraciətləri nəzərə alınmaqla, mütəxəssislərimiz tərəfindən aparılan təhlillərin nəticələrinə uyğun olaraq həyata keçirilib.