Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Iyul 2020 23:16
Yaponiyanın "Mitsubishi Chemical" şirkəti dəniz suyunda tamamilə həll olan plastik paketlər hazırlayıb.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, yeni paketlər formasına və fakturasına görə adi polietilendən fərqlənmir. Onun hazırlanmasında şəkər qamışından istifadə olunub.
Şirkətdən bildiriblər ki, belə paketlər bir gün ərzində dəniz suyunda həll olur. Bu paketlər okean və dəniz sularının plastik tullantılardan təmizlənməsinə böyük təsir göstərəcək.
Hazırda "Mitsubishi Chemical" şirkəti digər milli şirkətlərlə birlikdə həmin paketlərin kütləvi istehsalına hazırlaşır.
Xatırladaq ki, iyulun 1-dən başlayaraq, Yaponiya marketlərində alınan məhsulları yığmaq üçün plastik paketlər müəyyən ödəniş müqabilində təklif edilir. Hakimiyyət orqanlarının qənaətinə görə, bu addım plastik tullantıların qarşısının alınmasında mühüm rol oynayacaq. Bununla yanaşı, alıcılara suda həll olan bitki toxumalarından hazırlanmış paketlər də təklif olunur.