Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Iyul 2020 14:32
Bakı. Elnur Bağışov - Trend:
İranda ötәn sutka әrzindә daha 197 nәfәr koronavirusdan (COVID19) ölüb.
Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib. Bu barәdә Trend nazirliyә istinadәn mәlumat verir.
S.Sadat Larinin sözlərinə görə, belәliklә İranda bu virusdan ölәnlәrin sayı 16 766 nәfәrә yüksәlib.
Sadat Lari әlavә edib ki, İranda ötәn 24 saat әrzindә daha 2 674 nәfәr koronavirusa yoluxub. Bununla da İranda bu virusa yoluxanların sayı 304 204 nәfәrә çatıb. Virus daşıyıcılarından 4 021 nәfәrin vәziyyәti ağırdır.
Nazirlik rәsmisi İranda 263 519 nәfәrin koronavirusdan sağaldığını deyib.
Bildirib ki, Tehran, Mazandaran, Gülüstan, Fars, Şәrqi Azәrbaycan, Әrdәbil, İsfahan, Әlborz, İlam, Rәzәvi Xorasanı, Kirman Şimali Xorasan, Simnan, Lorestan vә Hörmüzqan vilayәtlәri qırmızı zona hesab olunur.
İranda indiyәdәk 2,45 milyondan çox diaqnoz testi hәyata keçirilib.