Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Iyul 2020 17:24
Prezident İlham Əliyevin Ermənistanın hazırkı hakimiyyət dairələri ilə bağlı son açıqlaması erməniləri düşündürməlidir.
Sonxeber.net bildirir ki, bunu Trend-ə siyasi ekspert Rufiz Qonaqov deyib.
Onun sözlərinə görə, Ermənistanın hazırkı baş naziri Paşinyan da daxil olmaqla indiki hakimiyyətin bir çox nümayəndələri Soros Fondunun və ona yaxın təşkilatların əməkdaşları olublar. Onlar bu kimi fondlardan və qurumlardan maliyyələşib və bu gün də bu proses davam edir:
"Aydın məsələdir ki, Ermənistandakı son inqilab Sorosun və ona yaxın dairələrin növbəti təxribatı olub. Təsadüfi deyil ki, bu yaxında Soros Ermənistana pandemiya ilə əlaqədər 600 min dollar maliyyə yardımı edib.
Əvvəlki hakimmiyyətlərə nifrət olduğu kimi, bu gün də Ermənistanda Paşinyan hakimiyyətinə nifrət formalaşıb. Cənab Prezidentin bildirdiyi kimi, Sorosun əlaltıları Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) müttəfiqləri ola bilməz.
Onlar bu gün də gizli şəkildə bu fondlardan maliyyə alır. Ölkəmizdə də bu fond vasitəsilə zaman-zaman təxribatlar törətməyə cəhdlər edilib. Lakin bu baş tutmayıb".