Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

OnePlus şirkəti daha bir büdcəli smartfon üzərində çalışır

OnePlus şirkəti daha bir büdcəli smartfon üzərində çalışır

Tarix: 1 Avqust 2020 08:36

OnePlus Nord smartfonu OnePlus şirkətinin tarixində uzun müddətdən sonra ilk orta büdcəli model oldu. Görünür, bu yeni smartfon seriyasına yaxın zamanda daha bir model əlavə olunacaq. Belə ki, OxygenOS istifadəçi interfeysini araşdıran zaman XDA-Developers saytının mütəxəssisləri şirkətin yeni büdcəli smartfon modelinin texniki özəllikləri barəsində məlumatlar aşkar ediblər. Bu barədə XDA-Developers saytı xəbər verib. Məlumat sızıntısına əsasən yeni OnePlus Nord modeli Snapdragon 690 prosessoruna sahib olacaq.

Qeyd etmək lazımdır ki, bu prosessor 5G modem ilə təchiz olunur. OnePlus Nord üçün istifadəyə verilmiş OxygenOS 10.5 interfeysinin kodunda təqdim olunmamış bir neçə smartfon modeli qeyd olunub. İnsayderlərin fikirlərinə əsasən BE2025, BE2026, BE2028 və BE2029 kod nömrələri altında yeni Nord modelləri gizlənirlər. Güman olunur ki, daha büdcəli prosessora keçid sayəsində smartfonların qiymətləri aşağı düşəcək. OnePlus şirkəti bu barədə rəsmi bir fikir bildirməyib.

Milli.Az


Etiketlər:  OnePlus şirkəti daha bir büdcəli smartfon üzərində çalışır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ