Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Avqust 2020 15:56
Bakı. Trend:
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Baş naziri və vitse-prezidenti, Dubay əmiri Məhəmməd bin Rəşid əl-Maktum ölkədə ərəb dünyasının ilk atom elektrik stansiyasının fəaliyyətə başlamasını elan edib.
Trend-in məlumatına görə, o, bu barədə öz "Twitter" səhifəsində yazıb.
"Baraka" atom elektrik stansiyası Əbu-Dabi yaxınlığında fəaliyyətə başlayıb.
Dubay əmiri əlavə edib ki, BƏƏ-də daha dörd atom elektrik stansiyasının istifadəyə vrilməsi nəzərdə tutulur. Bu, ölkənin enerji tələbatının dörddə-bir hissəsini təmin edəcək.