Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''İnter'' İtaliya çempionatını ikinci yerdə başa vurub

''İnter'' İtaliya çempionatını ikinci yerdə başa vurub

Tarix: 2 Avqust 2020 04:00

Bakı. Trend:

Futbol üzrə İtaliya A Seriyasının sonuncu - 38-ci turunun oyunları keçirilib.

Trend-in məlumatına görə, sonuncu turun mərkəzi qarşılaşmasında "Atalant"a Milan "İnter"ini qəbul edib.

Oyun qonaqların 0:2 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda qolları Danilo D'Ambrozio (1-ci dəqiqə) və Eşli Yanq (20-ci dəqiqə) vurublar.

Beləliklə, "İnter" 81 xalla İtaliya A Seriyasını ikinci yerdə, "Atalanta" isə 78 xalla üçüncü yerdə başa vurub.


Etiketlər:  İnter İtaliya çempionatını ikinci yerdə başa vurub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ