Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gəncədə yaşayış binası yanıb, 7 nəfər təxliyə edilib

Gəncədə yaşayış binası yanıb, 7 nəfər təxliyə edilib

Tarix: 21 Iyun 2019 16:24

Bakı. Trend:

Gəncədə yaşayış binası yanıb.

Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, şəhərin Kəpəz rayonunda beşmərtəbəli yaşayış binasının ümumi sahəsi 1500 kv.m olan dam örtüyünün yanar konstruksiyaları 250 kv.m sahədə yanıb.

Yanğın zamanı 7 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Dam örtüyünün qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Gəncədə yaşayış binası yanıb nəfər təxliyə edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ