Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Avqust 2020 14:20
"Bornmut"un baş məşqçisi Eddi Hau klubla yollarını ayırıb.
Qol.az xarici KİV-lərə istinadən xəbər verir ki, 42 yaşlı mütəxəssis klub rəhbərliyindən müqaviləsinin ləğv edilməsini xahiş edib. "Bornmut" Haunum bu xahişini nəzərə alıb və müqaviləsinə xitam verib.
O, 2012-ci ildən komandanı çalışdırırdı.
Qeyd edək ki, cari mövsümün birinci hissəsini "Qarabağ"da keçirən Asmir Beqoviç müqavilə ilə "Bornmuta" məxsusdur. Bosniyalı qolkiper məhz Eddi Hau onu istəmədiyi üçün icarəyə getməli olurdu. Qapıçı bu mövsümü "Milan"da icarədə başa vurub.