Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Futbolçu karyeramı başa vurduqdan sonra evlənəcəyəm''

''Futbolçu karyeramı başa vurduqdan sonra evlənəcəyəm''

Tarix: 2 Avqust 2020 22:40

"Tottenhem"in hücumçusu Son Hın Min futbolçu karyerasını başa vurana qədər evlənməyi düşünmür.

Qol.az xəbər verir ki, bu barədə 28 yaşlı oyunçu "Guardian"a müsahibəsində deyib:

"Atam futbolçu karyeramı başa vurana qədər evlənməyimin yaxşı olmayacağımı söyləyir. Mən də bu fikirlə də razıyam. Evləndiyiniz zaman ailəniz, həyat yoldaşınız və övladlarınız həyatınızda əsas yer tutur, futbol isə ikinci yerdə gəlir. Yüksək səviyyədə oynamağa davam etmək üçün futbolun həyatımın mərkəzində olmasını istəyirəm. Bu cür səviyyədə nə qədər oynayacağımı bilmirəm. Futbolçu karyeramı başa vurduğum zaman, 33-34 yaşına çatanda hələ də evlənmək şansım ola bilər".

 


Etiketlər:  Futbolçu karyeramı başa vurduqdan sonra evlənəcəyəm


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ