Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Sabah" monteneqrolu futbolçu aldı - Rəsmi

Tarix: 3 Avqust 2020 00:22

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.
 
Qol.az klubun rəsmi saytına istinadən xəbər verir ki, moteneqrolu müdafiəçi Nikola Vuyadinoviçlə bir illik müqavilə bağlanıb.

Serbiyanın “Srvena Zvezda” klubunun yetirməsi olan Nikola, karyerası ərzində “Rad” (Serbiya, 2004/05), “Zeta” (Monteneqro, 2005/06), “Radniçki” (Serbiya, 2006/07), ÇSKA (Sofiya, Bolqarıstan, 2007/08), “Unirea Alba Yulia” (Rumıniya, 2009/10), “Aberdin” (Şotlandiya, 2010/11), “Yavor” (Serbiya, 2012), “Şturm” (Avstriya, 2012-2014), “Osasuna” (İspaniya, 2014/15, 2017), BSU (Çin, 2015/16), “Lex” (Polşa, 2017-2019) klublarında çıxış edib.

Onun son komandası Sloveniya “Domjale”si (2019/20) olub.

Qeyd edək ki, "Sabah" bundan əvvəl Amin Seydiyev, Samir Məhərrəmli, İdris İnqilablı (hamısı “Qəbələ”), Slavik Alxasov ("Keşlə"), Nicat Mehbalıyev ("Qarabağ"), Aleksey İsayev ("Sabah") və Camal Cəfərovu da heyətinə cəlb edib.

 


Etiketlər:  Sabah monteneqrolu futbolçu aldı Rəsmi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ