Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycan və Türkiyənin parlament sədrləri arasında telefon danışığı olub

Azərbaycan və Türkiyənin parlament sədrləri arasında telefon danışığı olub

Tarix: 3 Avqust 2020 17:00

Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarova ilə Türkiyə Böyük Millət Məclisinin (TBMM) Sədri Mustafa Şentop arasında telefon danışığı olub.

Bu barədə Milli.Az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

TBMM Sədrinin təşəbbüsü ilə baş tutan telefon danışığında qardaş ölkənin parlamentinin Spikeri Milli Məclis Sədrini, bütün deputatları və bütövlükdə Azərbaycan xalqını müqəddəs Qurban bayramı münasibətilə təbrik edib, ölkəmizə sülh və əmin-amanlıq arzulayıb.

Milli Məclis Sədri bu xoş niyyət və diqqəti üçün türkiyəli həmkarına təşəkkürünü ifadə edib, öz növbəsində, Mustafa Şentopu, TBMM-nin bütün üzvlərini və qardaş Türk xalqını Qurban bayramı münasibətilə təbrik edib.

Milli.Az


Etiketlər:  Azərbaycan Türkiyənin parlament sədrləri arasında telefon danışığı olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ