Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Çimərliklərin pandemiya tələblərinə uyğun maksimum tutum sayı müəyyən edilib - Ülvi Mehdiyev

Çimərliklərin pandemiya tələblərinə uyğun maksimum tutum sayı müəyyən edilib - Ülvi Mehdiyev

Tarix: 3 Avqust 2020 18:02

Bakı. Asif Mehman - Trend:

Çimərliklərin pandemiya tələblərinə uyğun maksimum tutum sayı müəyyən edilib.

Trend-in məlumatına görə, bunu Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, "cimerlik.az" saytın yaradılmasında məqsəd odur ki, çimərliyə getməzdən əvvəl qabaqcadan gedə biləcəyi daha az insanın olduğu çimərliyə üz tutsunlar:

"FHN tərəfindən qadağan olunmuş yerlər var ki, orda çimmək qadağandır, bu hər il belə olub. Çimərlik kimi istifadə oluna biləcək yerlərin məlumatları sayta daxil edilib. Vətəndaş çimrəliyə gələrsə və dolu olarsa bu proqram imkan verəcək vətəndaş daha əvvəldən bunu biləcək".

Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbəri Elgin Həbibullayev isə bildirib ki, bu proqram imkan verəcək ki, hansı çimərlik doludur, hansı boşdur. Düzdür ola bilər ki, vətəndaş istədiyi çimərliyə gedə bilməsin, amma yaxınlıqda boş yer olan digər çimərliyi bu saytdan görə biləcək.


Etiketlər:  Çimərliklərin pandemiya tələblərinə uyğun maksimum tutum sayı müəyyən edilib Ülvi Mehdiyev


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ