Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Avqust 2020 11:00
"Çelsi"nin futbolçusu Pedro Çempionlar Liqasının 1/8 finalında "Bavariya" ilə cavab oyununu (8 avqust) buraxacaq.
Qol.az "Sky Sport İtalia"ya istinadən xəbər verir ki, buna səbəb 33 yaşlı yarımmüdafiəçinin İngiltərə kubokunun finalında "Arsenal"la matçda zədələnməsidir. Onun yaxın saatlarda çiyin zədəsinə görə əməliyyat olunacağı bildirilib.
Qeyd edək ki, Pedronun növbəti mövsümü "Roma"da keçirəcəyi gözlənilir.