Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Avqust 2020 11:00
Bakı. İlhamə İsabalayeva - Trend:
Koronavirusa yoluxduğu üçün əmək əmək qabiliyyətini müvəqqəti itirən və bu xəstəlikdən ölən tibb işçilərinə (ailələrinə) birdəfəlik təzminatın ödənilməsi nəzərdə tutulur.
İcbari Tibbi Sığorta Agentliyindən Trend-in sorğusuna cavab olaraq, bildirilib ki, Maliyyə Nazirliyi tərəfindən koronavirusa yoluxmuş tibb işçilərinin əmək qabiliyyətinin müvəqqəti itirilməsi, o cümlədən ölüm halında birdəfəlik təzminatın ödənilməsi ilə bağlı təkliflər hazırlanıb.
Hazırda layihənin reallaşdırılması üçün aidiyyəti dövlət qurumları ilə müzakirələr aparılır.