Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Avqust 2020 08:48
Bakı. Trend:
İnquşetiya Respublikasında terror aktı hazırlayan iki terrorçu hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən məhv edilib.
Trend-in "TASS"a isitnadən verdiyi məlumata görə, bu barədə Milli Terrorla Mübarizə Komitəsinin informasiya mərkəzindən bildiriblər.
Məlumatda deyilir: "İnquşetiyanın Nazran şəhərində və Malqobek rayonunda həyata keçirilən antiterror əməliyyatı zamanı iki yaraqlı zərərsizləşdirilib, biri isə saxlanılıb. Onların kimliyi müəyyən edilib. Məlumata görə, onlar respublika ərazisində bir sıra terror cinayətləri törətmək niyyətində olublar".
Terrorçularla toqquşmanın baş verdiyi yerdə silah, döyüş sursatı və partlayıcı qurğu aşkar edilib.