Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Iyun 2019 17:36
Moskva "Spartak"ının yarımmüdafiəçisi Ayaz Quliyev növbəti dəfə qalmaqalla gündəmə gəlib.
Qol.az-ın Rusiya mətbuatına istinadən yaydığı xəbərə görə, bir müddət öncə işıqforun qırmızı işığında keçdiyi üçün 4 ay müddətinə sürücülük hüququndan məhrum edilən azərbaycanlı futbolçu bu dəfə sürət həddini aşdığına görə cərimələnib. Hadisə may ayının 24-də baş verib. Futbolçu 500 rubl məbləğində cərimə ödəyəcək.
Qeyd edək ki, Ayaz aprelin 10-da Moskva küçələrinin birində piyada keçidində yol vermədiyi üçün mübahisə etdiyi amerikalı turistin burnunu sındırmışdı.