Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Avqust 2020 17:35
"Bütün pullarımı paltarlara xərclədim".
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu sözləri Əməkdar artist Rühəngiz Allahverdiyeva "7 canlı" proqramında deyib. Sənətçi səhnə geyimlərindən bəhs edib:
"Zaman elə keçdi ki... O paltarların puluna nələr alardım. Bilmədən, bütün hər şeyimi geyimə verdim. Səhnə üçün yaşadım. Buna görə peşman da deyiləm. Çünki bu paltarları özüm dizayn etdim. Mənim əl işlərimdir".
Müğənni oğlunun evlənməməsindən gileylənib:
"Oğlum seçimi mənə buraxıb. Amma deyir ki, zahiri görünüşü mən deyən olsun. Fərid deyir ki, elə qız almalıyam gözüm ondan başqasın görməsin. Yalnız onun üçün yaşamalıyam, o da mənim üçün".