Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Iyun 2019 19:44
Bakı. Trend:
İyunun 22-də Minskdə keçirilən II Avropa Oyunlarının sambo yarışlarının birinci günündə Azərbaycan idmançıları iki bürünc medal qazanıblar.
Trend-in məlumatına görə, bürünc medalları komandamızın aktivinə Mehman Xəlilov (57 kq) və Emil Həsənov (68 kq) yazdırıblar.
M.Xəlilov bürünc medal uğrunda görüşdə Ermənistan samboçusu Maksim Manukyanı 9:1 hesabı ilə böyük hesablı məğlubiyyətə uğradıb.
E.Həsənov bürünc medal uğrunda qarşılaşmada Bolqarıstan təmsilçisi Martin İvanova qalib gəlib.
Qeyd edək ki, Minskdə keçirilən Avropa Oyunlarında millimizi 82 idmançı təmsil edir.
Xatırladaq ki, birinci Avropa Oyunları 2015-ci ildə Bakıda keçirilib
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin