Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Avqust 2020 20:40
Bakı. Trend:
Koronavirus pandemiyası fonunda Macarıstan ərazisinə daxil olmağa çalışan bütün qeyri-leqal miqrantlar əhalinin sağlamlığı üçün ciddi təhdiddir və müəyyən bioloji təhlükə daşıyır.
Trend-in məlumatına görə, bunu Macarıstanın Baş naziri Viktor Orban yerli radioya müsahibəsində deyib.
Baş nazir bildirib ki, indiki şəraitdə miqrantların müəyyən qrupu “bioloji silah” qismində çıxış edə bilər. Ona görə də onların Macarıstan ərazisinə daxil olmasının qarşısı istənilən şəkildə alınmalıdır.